Fransada iğtişaşlar zamanı naməlum şəxs polisə atəş açıb.
AzerTimes xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Nətcədə bir neçə hüquq-mühafizə orqanı əməkdaşı ağır yaralanıb.
Qeyd edək ki, Fransada 17 yaşlı Əlcəzair əsilli yeniyetməni Fransa polisi sükan arxasında güllələyərək qətlə yetirib. Bunun ardınca ölkədə iğtişaşlar başlayıb.