Fransa “meymun çiçəyi” xəstəliyinin yayıldığı növbəti Avropa
ölkəsi ola bilər.
Trend xəbər
verir ki, bu barədə yerli BFMTV telekanalı məlumat yayıb.
Qeyd olunur ki, mayın 19-da Fransanın ictimai səhiyyə orqanı
tibb mütəxəssislərinə İle-de-Fransda “meymun çiçəyi” ilə bağlı ilk
şübhəli hadisənin müəyyən edildiyini bildirən sənəd ünvanlayıb.
Xəstə barəsində digər hər-hansı bir məlumat verilmir.
Sənəddə qeyd olunur ki, ölkədə xəstəliyə birinci yoluxma halını
təsdiqləmək üçün əlavə təhlillər və virusun olub-olmaması üçün bir
sıra testlər aparmaq lazımdır.
Qurum bildirir ki, çiçək xəstəliyinin simptomları bədən
istiliyinin 38 ° C-dən yuxarı olması, “vezikulyar səpgi”, sətəlcəm
və ya bilinən səbəb olmadan beynin iltihabıdır.
Qeyd edək ki, son həftələrdə “meymun çiçəyi” virusu Avropanın
bir neçə ölkəsində qeydə alınıb. İspaniya, Portuqaliyada və
İtaliyada ümumilikdə 40-dan çox şəxs bu virusa yoluxub. Bundan
başqa, yoluxmalar Böyük Britaniya və ABŞ-da da müəyyən edilib.
“Meymun çiçəyi” qızdırma və səpkilərlə müşayiət olunan nadir
infeksion xəstəlikdir.