Fransanın Tarn və Qaronna departamentinin Montauban şəhərində tikilməkdə olan məscidin fasadına naməlum şəxslər svastika çəkiblər.
AzerTimes xəbər verir ki, bu barədə Fransa Müsəlman Şurasının X sosial şəbəkə hesabında məlumat yayılıb.
“Svastikanın yanında vandallar qara rənglə “Evlərinizə qayıdın, ey murdar ərəblər” sözlərini yazıblar. Tikilməkdə olan Montauban məscidinin açıq şəkildə təhqir olunmasını qətiyyətlə pislədiyirik”, – məlumatda deyilir.