Fransanın şimalındakı Kale şəhərində yol qovşağında Almaniya və Fransadan olan məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub.
AzerTimes xəbər verir ki, bu barədə “La Voix du Nord” qəzeti məlumat yayıb.
Bildirilib ki, qəzada 26 məktəbli yaralanıb.
Xəsarət alanlardan birinin vəziyyəti ağırdır və o, Kale xəstəxanasına yerləşdirilib. Ümumilikdə avtobuslarda yüzdən çox orta məktəb şagirdi olub.