Fransanın Şatne-Malabri kommunasında yerləşən məktəbin
yeməkxanasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
AzerTimes-ın
məlumatına görə, bu barədə “France Bleu” radiosu xəbər verib.
Məlumata əsasən, 363 şagird və böyüklər arasında 20 nəfər şəxs
zəhərlənib.
Hadisə mayın 19-da baş verib. Şagirdlər, müəllimlər və digər
məktəb işçiləri “ürəkbulanma, qarın ağrısı, qusma və ya ishal” kimi
simptomlarla qarşılaşıblar. Üç azyaşlı xəstəxanaya yerləşdirilməli
olub.
Hadisə fonunda yeməkxana yoxlama üçün bağlanıb. Hazırda
ekspertlər hadisənin səbəblərini araşdırır.