Fransa həbsxanalarındakı məhbusların sayı rekord qıraraq 77 min nəfəri keçib.
AzerTimes xəbər verir ki, bu barədə Fransa Ədliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, aprelin 1-də 77 450 nəfər həbsdə olub ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 4370 nəfər çoxdur. Bu, Fransa tarixində ən çox məhbus sayı hesab olunur.