Fransada Makronun andiçmə mərasimi keçirilir

Parisdə Fransa prezidenti Emmanuel Makronun ikinci dövrü üçün
andiçmə mərasimi keçirilir.

Trend-in
məlumatına görə, mərasim Yelisey sarayında başlayıb.

Mərasimdə 450-yə yaxın yerli və xarici qonaq iştirak edir.

Qeyd edək ki, E.Makron aprelin 24-də keçirilmiş prezident
seçkilərinin ikinci turunda 58,5 faiz səs yığaraq Marin le Peni
qabaqlamışdı.

O, 2027-ci ilədək Fransaya rəhbərlik edəcək.