Fransada Makrona qarşı etirazlar başladı

Fransada Makrona qarşı etirazlar başladı

Fransanın hər yerində solçu partiyaların tərəfdarları ölkə prezidenti Emmanuel Makronun siyasətinə qarşı kütləvi nümayişlər keçirir.

AzerTimes TASS-a istinadən xəbər verir ki, nümayişçilər Makronun “Yeni Xalq Cəbhəsi” sol koalisiyasının namizədini ölkənin baş naziri təyin etməkdən imtina etməsi ilə razılaşmırlar və dövlət başçısının istefasına çağırırlar.

Məlumata görə, artıq Nant, Le Man və Nitsada ilk etiraz aksiyaları başlayıb. Etirazçılar Makronu seçkiləri fransızlardan oğurlamaqda ittiham ediblər.

Teqlər: