Fransada koronavirusla əlaqədar xəstəxanada müalicə alan şəxslərin sayı ötən ilin oktyabr ayından ilk dəfə 10 min nəfərdən aşağı düşüb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında “Sante publique France” monitorinq agentliyindən bildiriblər.
Məlumata əsasən, Fransada koronavirusla əlaqədar xəstəxanada müalicə alan şəxslərin sayı 9 771 nəfər təşkil edir. Ötən gün bu rəqəm 10 046 nəfərə bərabər olub.
Qeyd edilir ki, ötən sutka ölkədə koronavirusa 2 320 nəfər yoluxub, 33 nəfər vəfat edib.