Fransada koronavirusa yoluxma hallarının sayı 5 milyonu ötüb

Fransada pandemiya başlayandan koronavirus infeksiyasına yoluxma hallarının sayı 5 milyonu keçib.

Trend TASS-a istinadən xəbər verir ki, mart ayından indiyədək ölkədə 5 023 785 nəfərin koronavirusa yoluxduğu qeydə alınıb. Aprelin 8-də ölkədə 24 saat ərzində 85 minə yaxın yeni yoluxub ​​ki, bu da son altı ayın yeni anti-rekordu olub.

Son məlumatlara görə, hazırda 5,8 min nəfər reanimasiya şöbələrində müalicə olunur. Xəstəxanaya yerləşdirilənlərin ümumi sayı 30 238 nəfərə yüksəlib.


Fransa hökumətinin statistikasında epidemiyanın başlanğıcından son sutkada 207 olmaqla 98 574 ölkə sakininin koronavirus infeksiyasının yaratdığı fəsadlardan öldüyü bildirilir.

Teqlər: