Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 21 231 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 344 617 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 199 nəfər ölüb, ölənlərin ümumi sayı 81 647 nəfər təşkil edir.
Bildirilir ki, koronavirusa qarşı vaksinasiya kampaniyası çərçivəsində 2 888 430 nəfər Fransa vətəndaşı vaksinasiya olunub.