Fransada ötən sutka ərzində koronavirusa 232 200 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin İctimai Səhiyyə üzrə Milli Agentliyindən bildiriblər.
Məlumata əsasən, bu, pandemiya dövründə qeydə alınan gündəlik ən böyük göstəricidir.
Bildirilir ki, koronavirusa yoluxanların ümumi sayı 9 972 800 nəfər çatıb.
Son sutka koronavirusdan 189, hazırkı dövrədək isə 123 741 nəfər ölüb.