Fransada pandemiya başlayandan koronavirus qurbanlarının sayı 80 147-ə yüksəlib.
AzerTimes-ın məlumatına görə, xəstəxanalarda ölənlərin ümumi sayı 55 476 olub, qalan ölümlər qocalar evlərində və digər tibbi və sosial müəssisələrdə qeydə alınıb. Son yeddi gün ərzində 10 886 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 1758-i reanimasiyadadır.
Son sutkada ölkədə 18 870 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, buna aid ümumi göstərici isə 3 360 235-ə çatıb.
Qeyd edək ki, Fransada əhalinin peyvənd kampaniyası 27 dekabrda başlayıb. Bu günə qədər ölkədə təxminən 2 milyon nəfər koronavirusa qarşı aşılanıb.