Fransada COVİD-19 pandemiyası yenidən baş qaldırıb. Ölkədə gündəlik 50 mindən çox yeni yoluxma qeydə alınıb və son 24 saatda 88 nəfər bu virusun qurbanı olub.
AzerTimes xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı artmaqda davam edir. Xəstəxanalarda 19 mindən çox, reanimasiya şöbələrində isə 1076 virus xəstəsi yerləşdirilib.
Son sutkada xəstəxanalara 1511, reanimasiya şöbələrinə isə 124 pasiyent daxil olub.
Fransanın Baş naziri yenidən insanları ictimai nəqliyyatda, eləcə də qapalı məkanlarda qaydalara riayət etməyə, maska taxmağa çağırıb. Bildirilib ki, virusun yayılması yenidən intensivləşir və bu – 9-cu dalğa virusun hələ tam yoxa çıxmadığından xəbər verir.
Qeyd edək ki, pandemiya başlayandan ölkədə virus qurbanlarının ümumi sayı 158 min 859 nəfərdir.