Xəbər - Orxan Nəbiyev – Trend:
Fransanın Le Püi şəhərində yerli məhkəmə sanitar normalara cavab verməyən dezinfektor istehsal edən sahibkarı 6 ay müddətinə azadlıqdan məhrum edib.
AzerTimes-ın məlumatına görə, ekspertiza müəyyən edib ki, koronavirusa qarşı nəzərdə tutulan dezinfeksiya gelinin tərkibində kifayət qədər etil spirti olmayıb.
Həmin gellər Fransada koronavirus epidemiyasının birinci dalğasında, ötən ilin yazında satılıb.
Bundan başqa, həmin şəxs 12,5 min avro məbləğində cərimələnib və ona gələcəkdə hər hansı bir şirkət sahibi olmaq qadağan edilib.