Fransada musiqi festivalında ildırım vurması nəticəsində 15 nəfər xəsarət alıb.
Hadisə dünən (2 avqust) yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 18:00) ölkənin şimal-şərqindəki Azray kommunasında təşkil olunan “Vieux Canal” festivalında baş verib. Xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır.
Hadisə yerində 2 həkim briqadası, 60 yanğınsöndürən və 3 jandarm patrulu cəlb edilib.
Festivalın təşkilatçıları bayram tədbirlərini dayandırmağa qərar veriblər.