Fransada iğtişaşlar zamanı saxlanılanların sayı artdı

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı artdı

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 667 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen Tvitter hesabında yazıb.

Xatırladaq ki, iyunun 27-də 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanterredə iğtişaşlara səbəb olub. Daha sonra etiraz aksiyaları Tuluza, Lion, Marsel, Strasburq, Lil və Dijon kimi digər kommunalara və böyük şəhərlərə yayılıb.

Teqlər: