Fransada iğtişaşlar yeniyetməyə görə başlamayıb – Polşa

Fransada iğtişaşlar yeniyetməyə görə başlamayıb – Polşa

Fransada iğtişaşlar miqrasiya siyasəti nəticəsində başlayıb.

AzerTimes xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

“Bir gecədə bir neçə yüz ev, bir neçə min avtomobil yandırılıb, şüşələr sındırılıb, xəstəxanalar və məktəblər talan edilib. Bunlar bizim qəbul etməyə məcbur olduğumuz nəzarətsiz miqrasiya siyasətinin nəticələridir”, – Moravetski vurğulayıb.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında polis əməkdaşları Nanterdə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər. Bunun ardınca Fransanın bir sıra şəhərində iğtişaşlar başlayıb.

Teqlər: