Fransada iğtişaşlar: Makron müşavirə çağırır

Fransada iğtişaşlar: Makron müşavirə çağırır

Fransa Prezidenti Emmanuel Makron ölkədə baş verən iştişaşlarla mübarizə məqsədilə bu gün axşam müşavirə keçirəcək.

AzerTimes xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

“Dövlət başçısı baş verənlərlə bağlı saat 19:30-da (Bakı vaxtı ilə 21:30) Yelisey sarayında Baş nazir Elizabet Born, daxili işlər naziri Jerald Darmanen və ədliyyə naziri Erik Düpon-Moretti ilə görüş keçirəcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra ölkənin əksər şəhərlərində iğtişaşlar başlayıb.

Teqlər: