Fransada altı gün davam edən iğtişaşlar zamanı polis 1124-ü azyaşlı olmaqla 3625 nəfəri saxlayıb.
AzerTimes xəbər verir ki, bu günə qədər 380 azadlıqdan məhrumetmə ilə bağlı qərar qəbul edilib və bunun son rəqəm olmayacağı bildirilir.
Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Daha sonra etirazlar polislə toqquşmaya, mağaza və ticarət mərkəzlərinin talanına, quldurluğa gətirib çıxarıb.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron ölkədə iğtişaşların pik həddinin keçdiyini bəyan edib.