Fransada ictimai nəqliyyatda maska taxmaq məcburiyyəti aradan qaldırılır

Fransada mayın 16-dan etibarən ictimai nəqliyyatda maska taxmaq
məcburiyyəti aradan qaldırılır.

Trend-in
məlumatına görə, bu barədə Fransanın səhiyyə naziri Olivye Veran
nazirliyin mövcud tərkibdə verdiyi son brifinq zamanı deyib.

Bu qərar Fransa prezidenti Emmanuel Makronun birinci
prezidentlik dövründə verilən son qərar olub. E.Makronun ikinci
prezidentlk müddəti rəsmi olaraq mayın 14-də başlayacaq.

Fransada qapalı məkanlarda maska taxmaq məcburiyyəti mart ayında
aradan götürülsə də, ictimai nəqliyyatda məhdudiyyət qalırdı.