Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib

Fransanın Lion şəhərinin Vez məhəlləsinin sakinləri İkinci Dünya müharibəsindən qalan hava bombasını zərərsizləşdirmək əməliyyatı zamanı evakuasiya edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “France 3” dövlət telekanalının regional bölməsi bildirib.

Məlumata əsasən, tələbə yataqxanasının inşası zamanı 150 kq-dan çox partlayıcı maddə olan bomba tapılıb. Sapyorlar partlayıcı maddəni bombadan çıxardıqdan sonra bildiriblər ki, o daşınma zamanı təhlükəli ola bilər.


Bununla əlaqədar olaraq, şəhər hakimiyyəti məhəllə sakinlərinin hamısının müvəqqəti olaraq təxliyə edilməsinə qərar verdi.

Meriya sakinləri beş idman zalında yerləşdirib.