Bir müddət öncə ictimai nəqliyyata yəhudi sərnişini ələ saldığına görə həbs edilən qalmaqallı jurnalist Leo Nikolyan ev dustaqlığına buraxılıb.
AzerTimes xəbər verir ki, bu barədə yazan Nikolyan ona elektron qolbaq taxıldığını bildirib.
Qeyd edək ki, Nikolyan bir müddət əvvəl Ermənistana girişinə qadağa qoyulduğuna görə Zvartnots hava limanında 40 gündən çox aclıq elan etməsi ilə gündəmə gəlmişdi. Lakin inadına baxmayaraq, Ermənistana buraxılmadı və geri – Fransaya qaytarıldı. Fransada isə yəhudi sərnişinə ictimai nəqliyyatda aşağılayıcı ifadəsinə görə avqustun əvvəlində həbs edildi.