Fransada doğum sayı kəskin azaldı: Son 77 ildə…

Fransada doğum sayı kəskin azaldı: Son 77 ildə…

Fransada ötən il 723 min körpə doğulub ki, bu da 1946-cı ildən bəri ən aşağı göstərici hesab edilir.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu məlumat yayıb.

Belə ki, 2022-ci ildə doğum sayı öncəki ilə nisbətdə 19 min azalıb. Müvafiq olaraq ölənlərin sayında ötən illə müqayisədə 5 min azalma qeydə alınıb.

Məlumata görə, 2021-ci ildə doğum faizi 1,84 idisə, ötən il bu rəqəm 1,80 olub ki, bu da 1946-cı ildən bəri ən aşağı hədd sayılır. Buna baxmayaraq ölkə əhalisi 1 yanvar 2023-cü il tarixinə olan məlumata görə, 0,3 faiz artımla 68 milyona yüksəlib.

Teqlər: