Fransanın Aralıq dənizi sahillərində birdən-birə yüksək dalğaların görünməsi üç cənub departamentində 9 nəfərin ölümünə səbəb oldu.
AzerTimes-ın məlumatına görə, bu barədə BFM telekanalı xəbər verib.
Məlumata əsasən, bu cür dalğalar Aralıq dənizi sahilinin bu hissəsində vaxtaşırı baş verən bir fenomendir. Xüsusilə güclü küləklər, dəniz axınlarının kəskin dəyişməsi və sahildən çox miqdarda yağış suyu axması buna səbəb olur.
Yerli hakimiyyət orqanları dənizdə yarana biləcək təhlükələr barədə xəbərdarlıq edib.