Fransanın aparıcı həmkarlar ittifaqları – Ümumi Əmək Konfederasiyası (CGT) və Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) bütün işçiləri oktyabrın 13-də ümummilli tətilə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə həmin təşkilatların rəhbərləri “La Tribune Dimanche” qəzetinə birgə müsahibədə bildiriblər.
“Biz hər yerdə işçiləri işəgötürənlərə təzyiq göstərmək üçün oktyabrın 13-də tətilə çıxmağa çağırırıq”, – CGT rəhbəri Sofi Binet qeyd edib.
CFDT-nin baş katibi Marilize Leonun sözlərinə görə, oktyabrın 13-də “həddini aşmadan məsuliyyətlə hərəkət etmək lazımdır”.
Binet və Leon bildiriblər ki, əsas tələblər maaşların artırılması, kişilər və qadınlar arasında əmək haqqı bərabərliyinin yaradılması olacaq.