Xəbər - Orxan Nəbiyev – Trend:
Fransanın cənub-şərqindəki Sanari-sür-Mer şəhərində qaz sızması nəticəsində partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış nəticəsində üçmərtəbəli bina çöküb. Dağıntıların altında beş nəfərin qaldığı ehtimal edilir.
Eyni zamanda, dörd nəfər xilasedicilər tərəfindən çıxarılıb.
Hadisə yerinə 40-dan çox yanğınsöndürən və xilasedici cəlb edilib.