Məşhur sülh carçısı fotojurnalist Rza Deqatinin silsilə sərgiləri Fransanın regionlarında davam edir.
AzerTimes xəbər verir ki, Bretany regionunun Vannes şəhərində fotojurnalistin “Sükutun dərinliyi” adlı sərgisinin açılışı olub. R.Deqati əsl sənətkar kimi sözünü, fikirlərini fotoları vasitəsilə ötürür. Onun reallığı əks etdirən fotoları qarşısında sözə ehtiyac olmur. Bu sərgilər hər şeyi fotoların dili ilə çatdırır.
Həmişə olduğu kimi, R.Deqatinin sərgilərində Azərbaycan, eləcə də onun işğalçılar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərini əks etdirən fotolar da nümayiş olunur. Erməni işğalı dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlərimizi əks etdirən Deqati fotoları ilə ictimaiyyətə əsl həqiqətləri çatdırır.
Onun sərgilərinin komissarları Raşel Deqati və Fransada sərgilər kuratoru Pyer Bonciovanidir. R.Deqatinin sərgiləri yay fəslində yerli ictimaiyyət və xarici turistlərin ən sevimli ziyarət məkanı olur.