Fransada avtomobil 18 velosipedçini vurub

Fransanın Luara departamentində şəhərətrafı magistral yolda avtomobil velosipedçiləri vurub.

AzerTimes-ın məlumatına görə, bu barədə France Bleu radiosu xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində ən azı 18 velosipedçi yaralanıb. Vəziyyəti ağır olan yaralılardan biri xəstəxanaya çatdırılıb.


Yerli idman klubuna aid olan bu qrup velosipedçi 14 azyaşlı və dörd böyük yaşda müşahidəçidən ibarət olub. Ən ağır xəsarətlər 14 yaşlı yeniyetmə alıb, O, Sent-Etyen xəstəxanasına aparılıb.