Fransada artıq 5 milyon sakin koronavirusa qarşı peyvənd edilib

Fransada bu günə qədər beş milyon sakinə koronavirusa qarşı peyvənd vurulub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Jan Kasteks bildirib.

bildirilir ki, peyvəndləşmə ölkə əhalisinin təxminən 7 faizini əhatə edib.


Baş nazir həmçinin, tibb işçilərinə koronavirusla mübarizə kampaniyasındakı səylərinə görə təşəkkürünü bildirib.