Fransanın qərbində yerləşən “Şinon” Atom Elektrik Stansiyasında (AES) iki reaktorun fəaliyyəti dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Nüvə Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
“Yanğın nəticəsində üç nömrəli reaktorun əsas xarici enerji təchizatının itirilməsi reaktorun avtomatik dayanmasına səbəb oldu. Yanğının söndürülməsindən sonra istifadə olunan suyun toplanması üçün qonşu dördüncü reaktor da müvəqqəti dayandırılıb. Bu, onun daşmasının və suyun ətraf mühitə daxil olmasının qarşısını almaq üçün edilib”, – məlumatda qeyd olunub.