Fransada 100 mindən çox insan məcburi peyvənd əleyhinə aksiyalarda iştirak edib

Məcburi peyvənd və sanitar keçidlərə qarşı etiraz aksiyalarına şənbə günü Fransa şəhərlərinin küçələrinə 105 mindən artıq insan çıxıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa Daxili İşlər Nazirliyi yayıb.

Ən böyük nümayişlər Parisdə baş tutub, burada aksiyalara ümumilikdə 18,2 min iştirakçı qatılıb. Həmçinin Strasburq, Müluz, Kolmar və Bordoda böyük yürüşlər keçirilib. Ümumilikdə ölkə üzrə 179 nümayiş qeydə alınıb.

Aksiyalar ciddi insidentlərsiz başa çatıb, lakin günün sonunda Parisdəki nümayişlərdə 10 nəfərin, digər şəhərlərdə isə daha 24 nəfərin həbs edildiyini bildirdi.