Fransa Yeni Kaledoniyanı mühasirəyə alıb

Fransa Yeni Kaledoniyanı mühasirəyə alıb

Yeni Kaledoniya 6 nəfərin ölümü ilə nəticələnən, günlərdir davam edən iğtişaşlardan sonra mühasirəyə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə BBC Yeni Kaledoniyanın paytaxtı Numea şəhərinin meri Sonya Laqarda istinadla məlumat verib.

Laqard bildirib ki, adada çoxsaylı ictimai binalar yandırılıb və yüzlərlə əlavə polis qüvvəsinin gəlməsinə baxmayaraq, vəziyyət olduqca ağırdır.

Fransanın daxili işlər naziri Jerar Darmanin Fransa polisi Numea ilə hava limanı arasındakı 60 kilometrlik yola nəzarəti bərpa etmək üçün böyük əməliyyata başlayıb.

Qeyd edək ki, baş verən iğtişaşlar nəticəsində 200-dən çox şəxs saxlanılıb.

Teqlər: