Fransa yaxın həftələrdə Ukraynaya altı “Sezar” özüyeriyən haubitsa verəcək. Sonra isə təxminən bir il ərzində daha 72 ədəd “Sezar” tədarük edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, altı haubitsa ötən ilin sentyabr ayında istehsalçı Fransanın “Nexter” şirkəti ilə Ukrayna dövləti arasında birbaşa kommersiya müqaviləsi əsasında sifariş edilib.
Qeyd edək ki, 2022-ci ildən bəri Fransa Ukraynaya 30 ədəd “Sezar” verib.