CRS 8 polis xüsusi təyinatlıları Fransanın Karib dənizində departamentindəki davam edən etiraz aksiyalarını yatırmaq üçün Martinikaya göndərilib.
AzerTimes xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, xüsusi təyinatlılar adaya dünən axşam çatıb. 2021-ci ildə yaradılan bu qüvvələr etiraz aksiyalarının yatırlmasında ixtisaslaşıb.
Qeyd edək ki, Martinika əhalisi qiymətlərin Fransaya nisbətən 40 faiz baha olduğunu əsas gətirərək etirazlara başlamışdılar. Martinika hökuməti paytaxt Fort-de-Frans və Lamenten kommunasında komendant saatı tətbiq etmişdi.