Fransanın xarici işlər naziri Jan-İv Le Drian sualtı qayıqlarla bağlı müqavilənin pozulması ilə əlaqədar böhranın nəticələrini müzakirə etmək üçün ABŞ və Avstraliyadan geri çağırılan səfirləri qəbul edib.
“Fransanın xarici işlər naziri Jan-İv Le Drian mövcud böhranın strateji və vəziyyətdən çıxarılacaq nəticələri müzakirə etmək üçün məsləhətləşmələr məqsədi ilə Avstraliya və ABŞ-dakı səfirlərini qəbul edib”, – Fransa XİN-i bildirib.