Fransa Xarici İşlər Nazirliyi ekstremistlərin Süveyş kanalı
yaxınlığındakı obyekti mühafizə edən Misir əsgərlərinə hücumunu
pisləyib.
Trend xəbər
verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin bazar günü
yaydığı kommünikedə bildirilir.
“Mayın 7-də Sinayda 11 Misir əsgərinin ölümü ilə nəticələnən
terror aktını şiddətlə qınayırıq. Həlak olanların ailələrinə
başsağlığı verir və yaralananların tezliklə sağalmasını
arzulayırıq”, – sənəddə deyilir.
Xatırladaq ki, şənbə günü bir qrup ekstremist Süveyş kanalının
şərqindəki su stansiyasına hücum edib. Obyekti qoruyan hərbçilər onlarla döyüşə
girərək hücumu dəf ediblər, nəticədə 1 zabit və 10 əsgər həlak
olub, daha 5 nəfər yaralanıb.