Fransa xarici işlər naziri Azərbaycana gəlir

Fransa xarici işlər naziri Azərbaycana gəlir

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixləri ərzində Azərbaycana və Ermənistana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb.

“Nazir səfər zamanı Fransanın ədalətli, davamlı, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan sülh naminə iki ölkə arasında danışıqların dəstəklənməsinə sadiqliyini ifadə edəcək”, – məlumatda qeyd edilir.

Səfər çərçivəsində K.Kolonnanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcəyi gözlənilir.

Teqlər: