Fransa və Rusiya xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransanın xarici işlər naziri Jan-İv le Drian rusiyalı həmkarı
Sergey Lavrovla Ukrayna ilə bağlı vəziyyəti müzakirə edib.

Trend-in
məlumatına görə, bu barədə Fransa XİN-in bəyanatında deyilir.

Qeyd olunur ki, nazir son günlər Ukraynanın şərqində baş verən
hadisələrdən narahatlığını ifadə edib.

J.le Drian mövcud vəziyyətin tənzimlənməsi üçün dialoqun vacib
olduğunu vurğulayıb.