Fransa və Qətər Əfqanıstana 40 tona yaxın tibbi avadanlıq, ərzaq və qış geyimlərinin çatdırılmasını təmin edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Fransa və Qətər xarici işlər nazirliklərinin yaydığı birgə bəyanatda bildirilib.
Məlumatda qeyd olunub: “Birgə əməliyyat nəticəsində iki dövlətə Əfqanıstandakı beynəlxalq təşkilatlara 40 tona yaxın tibbi avadanlıq, ərzaq və qış geyimləri çatdırmaq mümkün olub”.
Fransanın yardımının əsasən Qətər hərbi-nəqliyyat təyyarəsi tərəfindən çatdırılan tibbi avadanlıqdan ibarət olduğu dəqiqləşdirilib:
“Bu birgə humanitar əməliyyat Fransa və Qətər arasında uzunmüddətli tərəfdaşlığı, eləcə də iki ölkənin əfqan əhalisini dəstəkləmək öhdəliyini nümayiş etdirir”.