İsveç, Fransa və İngiltərədən olan casuslar İranda ələ keçirildi və kənar təzyiqlərə baxmayaraq, edam edildi.
AzerTimes xəbər verir ki, bu sözləri İranın kəşfiyyat naziri İsmayıl Xətib deyib.
“Bu gün ölkənin kəşfiyyat təşkilatlarının gücü o qədərdir ki, onlar Fransa, İsveç, Britaniya və bir sıra digər ölkələrdən olan casusları ələ keçiriblər”, – Xətib SEPAH komandirlərinin illik konfransında bildirib.