Fransa və Hindistan müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirəcəklər

Fransa və Hindistan müdafiə, nüvə energetikası, ətraf mühütin mühavizəsi və dünya okeanı problemləri sahəsində strateji əmakdaşlığı möhkəmləndirmək üzrə razılığa gəliblər.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Emmanuel Makronun Hindsitanın baş naziri Narendra Modi ilə telefon danışığının yekunları üzrə Yelisey sarayının kommünekesində deyilir.

Kommünikedə bildirilir: “Dövlət başçısı və Hindistanın baş naziri müdafiə, nüvə energetikası, ətraf mühütin mühavizəsi və dünya okeanı problemləri sahəsində Fransa-Hindistan strateji əmakdaşlığını möhkəmləndirmək üzrə razılığa gəliblər”.


Qeyd edilir ki, Hindistanda pandemiyanın növbəti dalğası fonunda E.Makron xalq adından Fransanın Hindistana dəstəyini vurğulayıb.