Fransa Ukraynaya “AMX-10 RC” yüngül zirehli döyüş maşınları verəcək.
AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı deyib.
Makron bildirib ki, silahlı qüvvələr naziri Sebastyan Lekornyu ilə 2023-cü ilin ilk rübündə Ukraynaya yeni silah və sursatların çatdırılmasını müzakirə edir.