Fransa Ukraynaya qoşun göndərə biləcək dövlətlər toplayır.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri Fransa xarici işlər naziri Stefan Sejurnenin Litvaya səfəri ilə bağlı yazıb.
“Fransa Ukraynaya potensial olaraq Qərb qoşunlarını göndərməyə açıq ölkələrin ittifaqı yaradır və bu məsələdə daha ehtiyatlı davranan Berlinlə münaqişəsini dərinləşdirir”, – nəşr bildirib.
Nəşr qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya NATO qüvvələrinin yeridilməsi ideyasına əksər Avropa dövlətləri qarşı çıxsalar da, Baltikyanı ölkələr buna müsbət yanaşmışdılar.