Fransa tezliklə özünün istehsal etdiyi kamikadze dronlarını Ukraynaya göndərməyə başlayacaq.
AzerTimes xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.
Lekornu ölkəsinin ilk hücum PUA-sının sınaqlarının uğurla keçdiyini və yaxın həftələrdə Ukrayna ilə yanaşı, ilk fransız bölmələrinin də onları qəbul edəcəyini bildirib.
Qeyd olunur ki, 2024-cü ilin martında Fransa Müdafiə Nazirliyi iki min kamikadze PUA-sı sifariş verib, onların bir hissəsinin Ukrayna Silahlı Qüvvələrinə göndərilməsi planlaşdırılırdı.