Fransa Ukraynaya dəstəyini 2 milyard dollara çatdıracaq – Makron

Fransa Ukraynaya ümumi dəstəyini 2 milyard dollara
çatdıracaq.

Trend xəbər verir ki, bun Fransa Prezidenti Emmanuel Makron
Ukrayna üçün beynəlxalq donor konfransı zamanı videomüraciətində
deyib.

“Fransa Ukrayna prezidenti tərəfindən səsləndirilən ehtiyaclara
cavab olaraq 2 milyard dollar qlobal yardım ayıracaq. Fransa
Ukraynanın ehtiyaclarına kollektiv şəkildə cavab vermək üçün Aİ
daxilində, avropalı tərəfdaşlarımızla, həmçinin G7 və beynəlxalq
maliyyə institutları çərçivəsində koordinasiyalı şəkildə hərəkət
etməyə davam edəcək”, – deyə E.Makron bildirib.