Fransa Ukraynaya dəstəyi artırır

Fransa Ukraynaya dəstəyi artırır

Fransa tezliklə Ukraynaya humanitar, iqtisadi, maliyyə, diplomatik və hərbi yardımı daha da gücləndirəcək.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Katrin Kolonna deyib.

“Ukrayna xalqının məruz qaldığı sınaqlarla Fransa həmrəydir. Təkcə bu günlərdə yox, 2014-cü ildən ölkəmiz bu dəstəyi nümayiş etdirir. Rusiya əsgərlərinin Ukraynada, xüsusilə də Buça və digər şəhərlərdə törətdiyi vəhşiliklər cəzasız qala bilməz”, – K.Kolonna bildirib.

Teqlər: