Fransa hakimiyyəti Ukraynaya daha silah göndərməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornu məlumat verib.
O qeyd edib ki, bundan sonra Ukrayna onun üçün ayrılan 200 milyonluq kreditdən istifadə edərək Fransadakı istehsalçılardan silah ala bilər.
Lekornu qeyd edib ki, ölkəsi Ukraynaya PUA əleyhinə sistemlərin, quru qüvvələri üçün artilleriya və nəqliyyat vasitələrinin tədarükünü planlaşdırır.
Qeyd edək ki, Fransa Ermənistana “Bastion” zirehli texnikasını Gürcüstan üzərindən göndərib.