Təxminən 1500 nəfərdən ibarət Fransa hərbçisi Ukraynaya göndərilmək üçün aprel ayında döyüşə hazır vəziyyətə gətirilə bilər.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Parisin Ukraynaya göndərəcəyi hərbi kontingentin hazırlanması ilə bağlı yeni məlumatlar ortaya çıxır. Bu məqsəd üçün Fransa Xarici Legionunun komandanlığı martın əvvəlində təxminən 1500 nəfərdən ibarət batalyon taktiki qrupunun tərkibini təsdiqləyib”, – o bildirib.