Fransa Ukraynaya 300 milyon avro maliyyə yardımı göndərəcək

Fransa yaxın günlərdə Ukraynaya 300 milyon avro məbləğində
maliyyə yardımı göndərmək niyyətindədir.

Trend-in
məlumatına görə, bunu Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi
bildirib.

“Fransanın xarici işlər naziri Jan-İv le Drian təsdiq edib ki,
prezident Emmanuel Makronun bəyan etdiyi kimi, yaxın günlərdə
Ukraynaya 300 milyon maliyyə yardımı təqdim olunacaq”, – məlumatda
deyilir.

(Tərcümə: Orxan Nəbiyev)